27 İyun 14:32
xeber – “Mavi Mərmərə” razılığı dünyaya elan edildi.
“Bu günə kimi olduğu kimi bundan sonra da Türkiyə Fələstin xalqının arxasında olacaq”. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım İsrail-Türkiyə barışığını elan edərkən deyib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Yıldırım jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında bildirib ki, iki ölkə arasında əldə edilən razılaşmaya əsasən Fələstində qarşı tətbiq edilən sanksiyaların böyük bir qismi aradan qaldırılır, “Mavi Mərmərə” hücumu zamanı həyatını itirən insanların ailələrinə təzminat verilir. Həmçinin İsrailin Türkiyədən üzr istəməsi təmin edilir.
O, qeyd edib ki, ən qısa zaman ərzində Türkiyə İsrailə səfir təyin edəcək. “Bununla da Türkiyə və İsrail arasında münasibətlər normallaşır. Xeyirli olsun!”.
Binali Yıldırım-Türkiyənin baş naziriBaş nazir deyib ki, İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək. “Bu beynəlxalq razılaşmadır. Təzminat şəhid olanların ailələrinə veriləcək”.
Nə baş vermişdi?
– 31 may 2010-cu il – İsrail hərbçiləri “Mavi Marmara” gəmisinə hücum ediblər. Nəticədə biri ABŞ vətəndaşı olmaqla 9 nəfər ölüb.
– 1 sentyabr 2011-ci il – BMT “Mavi Marmara” hesabatında İsrailin gücdən istifadəsini təsdiqlədi.
– 2 sentyabr 2011-ci il – Türkiyə İsraillə diplomatik münasibətlərini ikinci katib səviyyəsinə endirdi. İsrailin Ankara səfiri Gabbi Levi Türkiyəni tərk edərək ölkəsinə getdi.
– Noyabr 2012-ci il – Türkiyə və İsrail münasibətlərin bərpası üçün danışıqlara başladı
mənbə :
anspress