27 İyun 15:15
xeber – Rusiya lideri ABŞ və Fransa prezidentlərinə zəng edəcək.
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcək.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə “RİA Novosti” Kremldəki mənbəyə istinadla xəbər yayıb.
Mənbənin məlumatına görə, Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədrlər ölkələrini də məlumatlandıracaq.
“Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə İ.Əliyev və S.Sarkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Bu yaxın günlərdə olacaq. Dövlət başçısı həmkarlarına zəng edəcək”.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında üçtərəfli görüşRusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib.
Görüşün nəticələrinə dair yayılan birgə bəyanatda əsasən tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər.
mənbə :
anspress