28 İyun 00:32
xeber – “Türkiyə-Rusiya münasibətlərinin normallaşması hər iki ölkənin xeyrinə olacaq.”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktub barədə açıqlama verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ərdoğan Türkiyə-Rusiya münasibətlərində olan gərginliyi aradan qaldırmaq üçün rəsmi Ankara müvafiq addımlar atıb.
“Rusiya ilə aramızda olan təyyarə böhranının aradan qaldırılması üçün addımlar atdıq. Göndərdiyim məktubda həm baş verən hadisədən təəssüfləndiyimi ifadə etdim, həm də regional iş birliyi imkanlarını xatırlatdım”, – Ərdoğan bildirib.
Türkiyənin dostlarına etibarlı ölkə olduğunu həmişə sübut etdiyini deyən Türkiyə Prezidenii bildirib ki, o, yaxın qonşumuzla olan münasibətləri, xüsusilə strateji sahədə atdığımız addımları inkişaf etdiriləcəyinə inanır.
“Türkiyə-Rusiya münasibətlərinin normallaşması hər iki ölkənin xeyrinə olacaq”, – Ərdoğan deyib.
Ərdoğan iyunun 27-də Putinə məktub göndərib. Kreml bəyan edib ki, Ərdoğan 2014-cü ilin noyabr ayında vurulan Su-24 qırıcısına görə üzr istəyib. Türkiyə Prezident Adminstrasiyası da açıqlama verib. Bildirilib ki, Türkiyə Prezidentinin məktubunda bunlar qeyd olunub:
“Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüflənirəm. Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərini paylaşdığımı, başsağlığı vermək istədiyimi bildirmək istəyirəm, inciməsinlər.”
Həmçinin oxuyun:
Ərdoğan Putindən üzr istəməyib
Putindən Türkiyəyə tərəf ilk addım
Ərdoğan Putinə məktub göndərdi
mənbə :
anspress