28 İyun 10:49
xeber – Məktub Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün təməl ola bilər.
Rusiyadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubuna reaksiya verilib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ərdoğanın üzürxahalıq məktubunu şərh edib.
O, deyib ki, bu məktub Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün təməl ola bilər. “Üzr gecikmiş olsa da heç olmamasından daha yaxşıdır. Zaman içərisində qarşılıqlı əlaqələrimiz müəyyən neqativ təsirlərə məruz qaldı, keçmişdəki inam itirildi. Yenə də bu məktub iki ölkə rasında bağların yenidən bərpası üçün əsas ola bilər”.
Matviyenko Vladimir Putinin təyyarə böhranından sonra yaşanan vəziyyətin Rusiyanın türk xalqına olan dostluq duyğularına təsir etmədiyini deyib. “Baş verən hadisənin fərqinə varılıb. Bunun üçün də məktubu ancaq müsbət qarşılaya bilərik”.
V.MatviyenkoÖtən gün Türkiyə prezidentinin Rusiya liderinə göndərdiyi məktub bütün dünyanın baş xəbərinə çevrilib. R.T.Ərdoğan V.Putinə göndərdiyi məktubda ötən ilin noyabr ayınsa Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib.
O, həyatını itirən rus pilotun ailəsinin kədərlərini paylaşdığımı, başsağlığı verdiyini deyib.
Məktubda Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün çağırış edib.
Türkiyənin baş naziri Binali Yıldırım yaxın günlərdə Ərdoğanın Putinə zəng edəcəyini də deyib. Onun sözlərinə görə, Türkiyə gərəkirsə təzminat da ödəyə bilər.
Prezidentlər telefon danışığıyla gərginliyə son qoyacaqlar
Putindən Türkiyəyə tərəf ilk addım
Ərdoğan Putinə məktub göndərdi
mənbə :
anspress