28 İyun 11:13
xeber – “Cim-Bom” iki futbolçu ilə anlaşıb.
Türkiyənin “Qalatasaray” klubu 3 futbolçusu ilə yollarını ayırıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İstanbul klubu bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, klub Bilal Kısa, Sercan Yıldırım və Furkan Özçalla yollarını ayırıb.
Onların müqavilələri qarşılıqlı anlaşmaya əsasən vaxtından əvvəl pozulub. Bu arada “Qalatasaray” klubu artıq yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Bilal Kısa
İstanbul təmsilçisi “Bursaspor”da çıxış edən Serdar Azizlə anlaşıb. Bunu futbolçunun meneceri Haluk Canatar açıqlayıb. Ancaq 25 yaşlı oyunçunun meneceri müqavilənin detalları barədə məlumat verməyib.
Türkiyə millisinin üzvünün xidmətində “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça” da maraqlı idi. Həmçinin son Türkiyə çempionu “Beşiktaş” da Serdarla ciddi maraqlanırdı.
Serdarla 4 illik müqavilə imzalayan “Cim-Bom” Hüqo Rodalleqa ilə anlaşıb. “Qalatasaray” “Akhisar Bələdiyyəspor”da oynayan futbolçu ilə 2+1 illik anlaşma əldə edib. Bu transferə görə “Qalatasaray” qarşı tərəfə 1,8 milyon avro ödəyəcək.
“Akhisar Bələdiyyəspor”un ötən il “Fulhem”dən transfer etdiyi Hüqo Rodalleqaya “Transfermarket” 3,6 milyon avro qiymət qoyub. Ötən mövsüm 37 rəsmi oyuna çıxan 30 yaşlı kolumbiyalı hücumçu 21 qol vurub.
mənbə :
anspress