28.06.2016 / 17:55 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosedə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rüfət Zahidov və Rövşən Zahidovun hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitənin dövriyyəsində) təqsirləndirilib
Xatırladaq ki, Rüfət Zahidov hazırda Fransada mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.
mənbə :
lent.az