29 İyun 16:55
xeber – Qurbanov Mirça Luçeskuya qalib gəldi.
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ikinci yoxlama matçında Rusiya nəhəngi “Zenit”lə qarşılaşıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, matçın 81-ci dəqiqəsində Rahid Əmirquliyevin vurduğu yeganə qol matçda həlledici olub – 1:0.
Ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra “Zenit”in əslən azərbaycanlı futbolçusu Ramil Şeydayev oyunla bağlı fikirlərini səsləndirib. O, “Qarabağ”ı tərifləyib.
“Qarabağ”ın necə oynadığını görmək istəyirdim. Buna görə də qarşılaşma mənim üçün maraqlı idi. “Qarabağ” çox xoşuma gəldi. Rəqib topa yaxşı nəzarət edirdi və heyətlərində güclü futbolçular var. Bu komandanın avrokuboklardakı oyunlarını izləmişəm. Məğlub olduq, təəssüratlarım çox deyil. Oyunda hərəkətlilik pis deyildi. İkinci hissədə topa yaxşı nəzarət etdik. Ancaq qol vurmaq alınmadı. Növbəti oyunda qol vuraram”, – deyə Şeydayev bildirib. “Zenit” və Rusiya millisinin şərəfini qoruyan Şeydayevin atası Kürdəmirdən, anası isə rusdur.
Avstriyadakı ilk yoxlama matçında “Qarabağ” yerli “Vakker” klubuna məğlub olmuşdu (0:1).
Avstriya
Yoxlama oyunu
Qarabağ” (Azərbaycan) – Zenit (Rusiya) 1:0
Qol: Rahid Əmirquliyev, 81.Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 22. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 94. Halit Çıtırlı, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.Baş məşqçi: Qurban Qurbanov.Zenit: 41. Mixail Kerjakov, 4. Domeniko Krişito, 5 Aleksandr Ryazantsev, 11. Aleksandr Kerjakov, 21 Xavi Qarsiya, 26. Vukaşin Yovanoviç, 27. Maksim Proniçev, 58 İlya Zuyev, 70. Dmitri Boqayev, 74. Sergey İvanov, 81. Yuri Jirkov.
Ehtiyat oyunçular: 8. Maurisio, 13. Luiş Netu, 24. Ezekuel Qaray, 51. Maksim Rudakov, 23. Yevgeni Çernov, 15. Pavel Moqilevets, 68 Vyaçeslav Zinkov, 40. Yuri Bavin, 76, Pavel Kireenko.Baş məşqçi: Mirça Luçesku.
mənbə :
anspress