29 İyun 18:23
xeber – Əsgər Artik Edgar Çaxalyan suda boğulub.
Ermənistan ordusunda əsgər ölümü qaydə alınıb. Azadlıq.az xəbər verir ki, anspress-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, Artik Edgar Çaxalyan adlı əsgər boğulub.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan əsgərin ölümü ilə bağlı faktı təsdiqləyib.
Məlumata görə, 20 yaşlı Çaxalyan süni göldə boğulub. Onun ölümü barədə sakinlər polisə məlumat veriblər.
Ermənistan ordusunda son ölüm faktı iyunun 17-də qeydə alınmışdı. Həmin vaxt əsgər Hrant G.Qriqoryanın meyiti bu gün cəbhə xəttinin cənub istiqamətində təlim bölməsində tapılıb.
Artsrun Ovannisyan – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibiHəmçinin iyunun 2-də 1997-ci il təvəllüdlü Xoren Harutunyanın ölümcül yaralandığı barədə məlumat verilmişdi. Daha sonra onun həyatını itirdiyi bildirildi.
Mayın 31-də isə əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyanın Qarabağda naməlum şəraitdə qəfildən ölüb.
Həmçinin mayın 26-da Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.
Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu qətlə yetirib.
mənbə :
anspress