29 İyun 18:48
xeber – Sergey Lavrov və Mark Eyro Vyana görüşündə əldə olunan razılaşmaları müzakirə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Mark Eyro görüş keçirib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, gürüş Fransanın paytaxtı Paris şəhərində təşkil edilib.
İkitərəfli görüşün əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsidir.
Fransanın xarici işlər naziri Mark Eyro Parisdə Sergey Lavrovla görüşdən sonra açıqlamasında deyib ki, Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır.
“Biz həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Rusiya, Ermənistan və Azərbaycan prezidnetlərinin Sankt-Peterburq gürüşü barədə məlumatlandırdı. Mən xatırlatdım ki, biz Parisdə yeni müzakirələr üçün meydança verməyə hazırıq”, – deyə Eyro bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Mark Eyro Bundan əvvəl Lavrov və Eyro Vyanada Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişdilər. Həmçinin hər iki XİN rəhbəri mayın 16-da Vyanada prezidentlərin görüşündə iştirak edib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı ABŞ dövlət katibi Con Kerri də iştirak etmişdi.
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü – 16 may 2016-cı ilGörüş iki saatdan artıq davam edib. İ.Əliyev və S.Sarkisyanın 3+2 formatında (prezidentlər və həmsədrlər) görüşündə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.
mənbə :
anspress