29 İyun 19:18
xeber – Hazırda qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Xaçmaz rayonunda çaqqal sürüsü 77 yaşlı qadına hücum edib. Hadisə Niyazabad kəndində qeydə alınıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 1939-cu il təvəllüdlü Qızbəs İmaməliyeva yaşadığı evin həyətində toyuqlara dən verərkən çaqqal sürüsü ona hücum edib. Yaşlı qadını yırtıcıların əlindən səs-küyə həyətə çıxan qohumları xilas edib.
Xəsarət alan 77 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxananın Travmatologiya şöbəsinin müdiri Ağayar Quliyev ANS PRESS-ə bildirib ki, çaqqallar ona üz və sağ said nahiyəsindən xəsarət yetirib. Onun vəziyyəti orta-ağırdır.
Bundan əvvəl də Qaxın Lələli kənd sakini 48 yaşlı Çərkəz Məmmədova hücum edən vəhşi heyvan onu ağır yaralayıb. Çaqqalın ona ağır xəsarətlər yetirdiyini görən Çərkəz Məmmədov vəhşi heyvandan qurtulmaq üçün qonşuları köməyə çağırıb. Yalnız qonşuların müdaxiləsindən sonra çaqqalı zərərsizləşdirmək mümkün olub.
Çərkəz Məmmədov bildirib ki, evə çatmağa 5-6 metr qalmış görüb ki, çaqqal hücum etdi, ayaq, əl və qarın nahiyəsindən dişləyib.
mənbə :
anspress