30 İyun 03:57
xeber – Tədbirdə İstanbuldakı faciə qurbanları da anılıb.
Gürcüstanın Baş naziri Qeorqi Kvirikaşvili bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, mərasimdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib.
Sədr Gürcüstanda dini icmalara yaradılan şəraitdən danışıb. O bildirib ki, Gürcüstan hökuməti dini icmaların normal fəaliyyət göstərmələri üçün dövlət büdcəsindən vəsait ayırıb və bu yardım dini qurumların maddi-texniki bazasının gücləndirilməsinə sərf olunur.
Baş nazir Qeorqi Kvirikaşvili iyunun 29-da gecə Türkiyədə törədilən qanlı terror hadisəsi ilə əlaqədar Gürcüstan xalqı və hökuməti adından türk xalqına başsağlığı verib. Bu terror hadisənin bütünlükdə insanlığa qarşı qatı cinayət adlandırıb. Gürcüstanın terroru lənətlədiyini, belə bir ağır gündə Türkiyənin yanında olduqlarını bildirib.
Qərbi Gürcüstan müsəlmanlarının müftisi Bekler Kamaşidze göstərilən diqqət və qayğıya, iftar süfrəsinin təşkilinə görə minnətdarlıq edib. Gürcüstandakı müsəlmanların dövlətin siyasi xəttinin dəstəklədiklərini və digər dini təriqətlər ilə dostluq şəraitində yaşamaqda maraqlı olduqlarını dilə gətirib.
Gürcüstan hökumətinin başçısı müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb, islam dininin sülh, əmin-amanlıq və bərabərlik dini olduğunu qeyd edib.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, Azərbaycanın, Türkiyənin, Türkmənistanın bu ölkədəki səfirləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
mənbə :
anspress