30.06.2016 / 09:56 xeber –
Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin girişinin tavan hissəsi 2 kv.m sahədə yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamani 1 nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az