30 İyun 19:58
xeber – Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Göyçay rayonunda güllələnmə baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun İnçə kənd sakinləri Namiq Hacıyev və Zaur Cabbarov kəndin ərazisində ov edərkən N.Yaqubov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Z.Cabbarovun qarın nahiyəsinə xəsarət yetirib.
Güllə yarası alan Z.Cabbarov dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən N.Yaqubovdan müvafiq sənədləri olmayan “TOZ-17” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
Təxminən 45 gün əvvəl də Göyçay rayonunda oxşar hadisə baş verib. Alıkənd kənd sakini 1966-cı il təvəllüdlü Raqif Məmmədov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi 1986-cı il təvəllüdlü Nurlan Məmmədova xəsarət yetirib və hadisə yerini tərk edib. Güllə yarası alan 30 yaşlı N. Məmmədov dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və edilən tibbi yardımlar nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Məmmədov tutulub və hadisə törədilərkən istifadə edilən müvafiq sənədi olmayan İJ-17 markalı ov tüfəngi götürülüb.
Onların arasındakı mübahisə otlaq sahəsindəki otun biçimi ilə bağlı yaranıb.
mənbə :
anspress