30.06.2016 / 23:23 xeber –
“Qəbələ” 2016/17 Avrokubok mövsümünə start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Tarixində 3-cü dəfə Avropa arenasında iştirak hüququ qazanan “Qəbələ” ötən mövsümdəki uğuru təkrarlayıb. Ötən mövsüm 4 mərhələ adlayaraq tarix yazan və qrupa qədər irəliləyən “qırmızı-qaralar”ın bu dəfə ilk rəqibi Gürcüstan təmsilçisi “Samtredia”olub.
Roman Qriqorçukun komandası mövsümlərarası fasilədə heyətində ciddi dəyişikliklər etməsinə baxmayaraq, Gürcüstan çempionatının gümüş mükafatçısı olan “Samtredia” 5:1 hesabı ilə darmadağın edib.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
30 iyun
“Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) – 5:1
Qollar: Stankoviç, 16, Zenyov, 19, Uiks, 30, 69, 72 – Şergelaşvili, 58
Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (hamısı Belarus)
Bakı. 8-ci km qəsəbə stadionu
mənbə :
lent.az