05.09.2016 / 12:05 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Taxıl Kombinatının direktorunu qətlə yetirməkdə təqsirləndirilən Mahurə Hüseynova, Mübariz Əliyev və Ehtiram Həsənovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib . Məhkəmə baxışı sentyabrın 9-a təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 5-də Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, qətli məhrumun tanışı Mahurə Hüseynova təşkil edib. Belə ki, o, tanışları Mübariz Əliyev və Ehtiram Həsənovla qabaqcadan əlbir olaraq Qalib Bağırovu öldürməyi və evini qarət etməyi planlaşdırıb. Lakin qətli törədən qrup evdən cəmi 300 manata yaxın pul tapa bilib.
Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
mənbə :
lent.az