05.09.2016 / 16:42 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Lent az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə (Dubay şəhəri) qadın aparmaqda təqsirli bilinib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs qətimkan tədbiri seçilməyib.
mənbə :
lent.az