06.09.2016 / 18:37 xeber –
Prezident İlham Əliyev Almaniya və Moldovadakı səfirlərimizin geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamlara əsasən, Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Pərviz Oqtay oğlu Şahbazov isə Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
mənbə :
lent.az