09.09.2016 / 18:29 xeber –
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanında dəyişikliklər edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı fərmanda aşağıdakı dəyişiklikləri edib:
1. Preambuladan “sığorta fəaliyyəti,” sözləri çıxarılsın.
2. 1-ci hissədən “və Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri çıxarılsın.
3. 9-cu hissə ləğv edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Strukturu”nun 5-ci hissəsi ləğv edilsin.
5. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:
5.1. 1-ci hissədən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın;
5.2. 7.4-cü bənd ləğv edilsin;
5.3. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;”;
5.4. 7.11-ci bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın;
5.5. 8.28-ci bənddən “sığorta fəaliyyətinə nəzarəti təşkil etmək,” sözləri çıxarılsın;
5.6. 8.29-cu bənd ləğv edilsin;
5.7. 8.53-cü bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın;
5.8. 8.67-ci bənddən “və dövlət sığorta nəzarəti” sözləri çıxarılsın;
5.9. 9.8-ci və 9.9-cu bəndlər ləğv edilsin;
5.10. 10-cu hissədən “Dövlət Sığorta Nəzarəti Xidməti,” sözləri çıxarılsın;
5.11. 18.2-ci bənddən “Dövlət Sığorta Nəzarəti Xidmətinin,” sözləri çıxarılsın;
5.12. 18.5-ci bənddən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın;
5.13. 27-ci hissənin birinci cümləsindən “, sığorta tənzimlənməsi və nəzarəti metodikasının” sözləri çıxarılsın.
mənbə :
lent.az