09.09.2016 / 22:21 xeber –
Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.
Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
mənbə :
lent.az