11.09.2016 / 03:11 xeber –
Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Şabran rayonunun Çayqaraqaşlı kənd sakini Manafov Ruslan Mirze oğlunu maşın vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az