11.09.2016 / 19:23 xeber –
Bakı sakini borclu olduğu şəxsin onu hədələməsi ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, Bağırov Orxan Vaqif oğlu ərizə ilə müraciət edərək bildirib ki, tanışı Elşən adlı şəxsə 1500 AZN borcu var və həmin pulu ödəyə bilmir. O əlavə edib ki, bir neçə gün əvvəl Səlyan yolu 25-in qarşısında Elşən ona pulun ilkin olaraq 300 manatını ödəməsini tələb edib və əks halda onu öldürəcəyi ilə hədələyib.
Araşdırm aparılır.
mənbə :
lent.az