15.09.2016 / 15:02 xeber –
Yevlaxda oğurluqda şübhəli bilinən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yevlax RPŞ və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon sakiin Tofiq Abdullayevə məxsus “Karvan İnşaat” MMC-nin anbarından 100 metr plastmas boru və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini Hafiz Məmmədov tutulub. Daha 1 nəfər isə müəyyən edilib.
Araşdırma aparılır.
mənbə :
lent.az