16.09.2016 / 01:05 xeber –
Qazax rayonunda 82 mm-lik minaatan mərmi aşkarlanıb. Bu barədə Lent.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.
Məlumata görə, Qazax rayonunda 1 ev və həyətyanı sahədə 1 təhlükəli əraziyə baxış keçİrilib, 1 ədəd partlamamış hərbi sursat (82 mm-lik minaatan mərmi O-832DU) götürülüb, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.
mənbə :
lent.az