16.09.2016 / 01:19 xeber –
Masallıda yanğın hadisəsi qeydə alınıb. Lent.az – ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 m2 olan kürsülü birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 m2 və digər otağın tavanı 16 m2 (ümumi 36 m2) sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
mənbə :
lent.az