17.09.2016 / 05:20 xeber –
ABŞ-ın dünya şöhrətli yazıçı və dramaturqu Edvard Olbi 88 yaşında vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı xəbər verib.
Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən tanınmış ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?" (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub.
E.Olbi Nyu-York ştatındakı evində vəfat edib. Ölümün səbəbi hələ ki, açıqlanmır.
mənbə :
lent.az