19.09.2016 / 09:47 xeber –
Masallı rayonu, Qasımlı kəndində evlərdən birində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə mətbəxin yanar konstruksiyaları və ev əşyaları 24 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Məlumatda bildirilir ki, yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az