20.09.2016 / 07:08 xeber –
İngiltərənin “Tottenhem” klubu ciddi itki ilə üzləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Sanderlend”lə oyunda zədələnərək məcburi əvəzlənən hücumçu Harri Keynin zədəsi ciddidir.
Tibbi müayinədən keçdikdən sonra məlum olub ki, komandanın qol silahı 2 ay meydana çıxmaya bilər.
İngiltərə millisinin üzvü “DÇ-2018”in seçmə mərhələsində Şotlandiya ilə oyunu da buraxa bilər.
mənbə :
lent.az