21.09.2016 / 21:28 xeber –
Rusiyanın Altay bölgəsində tələbə komandalarından ibarət futbol matçında bədbəxt hadisə baş verib.
“Lent.az”-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, 18 yaşlı futbolçu ildırım vurması nəticəsində ölüb. İnsident Rubtovsk şəhərində qeydə alınıb.
Məlumata görə, ildırımın 4 nəfərin yaxınlığında olan dəmir darvazalara dəyməsi nəticəsində gənc dünyasını dəyişib. Digər 3 nəfər xəstəxanaya yerləşdirilib.
mənbə :
lent.az