25.09.2016 / 04:53 xeber –
Konqonun Beni şəhərində əhali arasında baş vermiş çaxnaşma zamanı yaranan basabasda 13 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mülki geyimli sərxoş hərbçi havaya 4 atəş açıb, nəticədə insanlar arasında çaxnaşma yaranıb.
Şəhər meri Jan Edmond Nyonyinin sözlərinə görə, ölənlərdən səkkizi özünü suya ataraq boğulub, dörd nəfər bədbəxt hadisə nəticəsində, bir nəfər isə ürəktutmasından ölüb.
mənbə :
lent.az