25.09.2016 / 05:11 xeber –
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 24-də Şəmkir şəhərinin 20 Yanvar küçəsində bir təhlükəli əraziyə baxış keçiriblər. ANAMA-dan Lent.az-a verilən xəbərə görə, baxış zamanı bir partlamamış hərbi sursat – 122 millimetrlik “OF-56” top mərmisi aşkar edilərək götürülüb. Gün ərzində 350 kvadratmetr ərazi yoxlanılıb.
mənbə :
lent.az