25.09.2016 / 13:07 xeber –
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın tvitterdə paylaşdığı video maraqla qarşılanıb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, beynəlxalq eşitmə qüsurlulular günü ilə bağlı sosial şəbəkədə səssiz “sizi sevirəm” hərəkətinin videosunu paylaşan nazirə çoxlu təşəkkür mesajar gəlib. Bu video son günlərdə Türkiyədə ən çox paylaşılan sujetlər sırasına daxil olub.
mənbə :
lent.az