26.09.2016 / 16:57 xeber –
Bu gün millət vəkili Qənirə Paşayevanın evində toydur.
Lent.az-ın məlumatına görə, millət vəkilinin evindən ata-ana qayğısından məhrum olmuş qız gəlin köçür.
Bu barədə əməkdar artist Aybəniz Haşımova şəxsi "İnstagram" səhifəsində yazıb:"Sabah həyatımda heç kəsdə görmədiyim, bir hadisənin şahidi olacam. İnşaAllah. Mərdliyinə güvəndiyim bacım, sadiq dostum Qənirə xanımın evində ata-ana qatyğısından məhrum olmuş gənclərin səadətə qovuşduğu an yaşanacaq. Əziz bacım Qənirə xanıma demək istəyirəm ki, etdiyin işin, savabın misli yoxdur. Deməkdən yorulmayacam, səndə olan kişilik, mərdlik çox kişidə yoxdur. Allah qorusun səni, gözəl bacım. Bir də sənə bir arzum var, özün bilirsən. Allah məni o arzuma çatdırsın…"
Həmin toydan ilk video görüntünü təqdim edirik.
mənbə :
lent.az