27.09.2016 / 00:20 xeber –
Türkiyənin Van vilayətinin Erciş rayonunda içərisində partlayıcı maddə olan yük maşını aşkarlanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, avtomobil Van-Ağrı yolundakı Ercis Bələdiyyəsinin önündə saxlanılıb.
Təhlükəsizlik qüvvələri avtomobili bələdiyyənin önünə qoyub qaçan terrorçuların axtarışlarına başlayıb.
mənbə :
lent.az