27.09.2016 / 18:04 xeber –
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçan aparatlar ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçan aparatlar yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.
mənbə :
lent.az