28.09.2016 / 11:33 xeber –
"Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
"Referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir", – deyə S. Lebedev qeyd edib.
O, Azərbaycanda keçirilən referendumda MDB-dən də müşahidə missiyasının işlədiyini xatırladıb: "MDB müşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyi bildirir".
mənbə :
lent.az