28.09.2016 / 12:54 xeber –
Gəncə sakininə qarşı soyğunçuluq edən şəxslər tutulub. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, naməlum şəxslər şəhər sakini Fəxri Qocayevin 200 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə alaraq qaçıblar.
Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakinləri 1984-cü il təvəllüdlü Kazbek Bulekbayev və 1962-ci il təvəllüdlü İkram Bayramov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.
mənbə :
lent.az