28.09.2016 / 12:56 xeber –
3 valideyni olan uşaq dünyaya gəlib. Lent.az-ın Türkiyənin “habertürk” saytına istinadən məlumatına görə, üç nəfərin DNK-sına sahib olan körpənin əməliyyatı uğurla nəticələnib.
Yalnız İngiltərədə qanuni olan bu əməliyyatda 5 ay öncə Meksikada bir cütlükdən dünyaya gələn körpənin anasında “Leigh Sindiromu” adlı xəstəlik aşkarlanıb.
Ölümcül genetik xəstəliyə sahib olan ananın yumurtalığına tibbi müdaxilə edilərək ondan bir qism DNK götürülüb. Götürülən DNK-nın əvəzində anaya sağlamı yerləşdirilib.
Onu da qeyd edək ki, həmin cütlüyün birinci övladı da xəstəlikdən ölüb.
mənbə :
lent.az