28.09.2016 / 14:16 xeber –
Qobustanda intihar edən 25 yaşlı qadın uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib.
Bunu Lent.az-a Qobustan rayon Ərəbşalbaş kənd bələdiyyəsinin üzvü Ramiz Rəhmanov deyib.
O bildirib ki, İntizar Məmmədovanın xəstəliyi gün-gündən ağırlaşırdı: “O ailədə heç vaxt problem olmayıb. Əri çox sakit adam idi. Fəhləliklə məşğul olub. 10 ilə yaxındır evlidirlər. Qayınanası ilə birgə yaşayırdı. Böyük uşaqları 2-ci sinfə gedir. İnithar səbəbi yəqin ki, xəstəliklə bağlı olub. Ailə problemi olsaydı, xəbərimiz olardı”.
***
13:12
Qobustan rayonunda 3 uşaq anasının intiharı ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü İntizar Məmmədova müxtəlif xəstəliklərdən əziyyət çəkib, əsasən də vərəmdən. Onun dəhşətli ağrıları olub. Mənbənin bildirdiyinə əsasən, ilkin ehtimala görə 3 azyaşlı övladın anası bu səbəbdən intihar edib.
Qobustan rayon Prokurorluqdan Lent.az-a bildiriblər ki, hadisə sentyabrın 26-da saat 13:10 radələrində baş verib. Hazırda istintaq hərəkətləri aparılır. Hadisə ilə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başladılıb.
****
12:07
Qobustan rayonunda gənc ana intihar edib.
APA-nın yerli bürosunun xəbərinə görə, Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb.
Üç uşaq anası olan İntizar Məmmədovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
mənbə :
lent.az