29.09.2016 / 12:46 xeber –
Gələn ilin dövlət büdcəsində Azərbaycanın məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün nəzərdə tutulan məbləğ artırılacaq.
Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.
Layihəyə əsasən, Azərbaycanın məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2017-ci ilin dövlət büdcəsi xərclərinin 7,4 faizi həcmində və ya 1233,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 25,3 milyon manat və ya 2,1 faiz çoxdur.
mənbə :
lent.az