29.09.2016 / 13:42 xeber –
Gələn il dövlət büdcəsindən ipotekaya ayrılacaq vəsait açıqlanıb.
Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, 2017-ci il üçün dövlət büdcəsinin layihəsinə əsasən, Azərbaycan vətəndaşlarının yaşayış sahələrinə ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və ipotekanın tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsində 100 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 50 milyon manat və ya 2 dəfə çoxdur.
mənbə :
lent.az