29.09.2016 / 14:12 xeber –
Ölkənin bəzi şəhər və rayonlarında yeni tikilib istifadəyə verilmiş məktəb və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər üçün 2017-ci il dövlət büdcəsinin layihəsində 12 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.
Dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlığının təşkili məqsədi ilə 2017-ci ildə dövlət büdcəsində 28,3 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb.
mənbə :
lent.az