30.09.2016 / 13:00 xeber –
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21° isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 11-16° isti olacağı gözlənilir.
Oktyabrın 3-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
mənbə :
lent.az