30.09.2016 / 13:51 xeber –
Nardaran sakininin həyətindən silah-sursat götürülüb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarəziyevin həyətyanı sahəsinə baxış zamanı orada gizlədilmiş “AK-74” markalı silah, 2 ədəd patron darağı və 90 ədəd patron aşkar edilərək götürülüb.
mənbə :
lent.az