30.09.2016 / 16:33 xeber –
Bu günə kimi 26860 həkimə və 38000 orta tibb işçisinə sertifikasiya imtahanına buraxılış vərəqəsi verilib.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, 22 sentyabr 2016-cı il tarixinə olan məlumata görə 22 614 ali və 32 272 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib. İmtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən ali tibb təhsilli mütəxəssislərin, təxminən 15-18%-ni, orta tibb işçilərinin isə 15%-ni təşkil edir.
Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə həmin işçilər beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmirlər.
Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.
mənbə :
lent.az