30.09.2016 / 20:05 xeber –
Gəncə-Göygöl yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
“Niva” və “Pejo” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar – “Pejo” markalı maşının sürücüsü 1972-ci il təvəllüdlü Bəxtiyar Cəfərov və digər maşının sürücüsü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az