02.10.2016 / 23:38 xeber –
Portuqaliya Premyer Liqasında VII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta” “Morierense” ilə qarşılaşıb.
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli üzvü 90 dəqiqə meydanda olduğu matçda hesab 0:0 olarkən penaltini dəf edərək, komandasının qələbəsində mühüm rol oynayıb.
Qeyd edək ki, bu oyundan sonra xalını 8-ə yüksəldən “Boavişta” 13-cü pillədə qərarlaşıb.
mənbə :
lent.az