04.10.2016 / 01:34 xeber –
Portuqaliya millisinin və Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo ölkəsində otel açıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, CR7 şəbəkəsinə aid olan otel 4 ulduzludur. Otel Portuqaliyanın paytaxtı Lissabonda yerləşir.
“Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, ancaq gələcəyim haqda da düşünməliyəm", deyə Ronaldo bildirib.
mənbə :
lent.az