04.10.2016 / 21:50 xeber –
Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.
Lent.az-ın Rusiyanın paytaxtındakı mənbələrin verdiyi xəbərə görə, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib .
Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.
Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.
Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.
Hazırda məsciddə gərginlik davam edir.
Hücum edənlə insident sonra hadisə yerindən uzaqlaşıblar.
mənbə :
lent.az