04.10.2016 / 22:29 xeber –
Rusiya Suriyaya “S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, batareyanın vəzifəsi Tartusdakı hərbi-dəniz bazasının və sahilə yaxın zonadakı Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etməkdir.
“Xatırladım ki, “S-300” zenit-raket kompleksi istisna olaraq müdafiə sistemidir və heç kimə heç bir təhlükə yaratmır”, – deyə o bildirib.
mənbə :
lent.az