06.10.2016 / 13:14 xeber –
Yardımlıda oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də rayon sakini Nizami Əlişova məxsus evdən 5.700 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Mirqasım Qədirov tutulub.
Araşdırma aparılır.
mənbə :
lent.az